Fatih Terim Azərbaycana gəlir? - 2 milyonluq iddia
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə futbol tarixinin ən titullu baş məşqçisi hesab olunan Fatih Terim hazırda işsizdir. Son olaraq Yunanıstanın "Panatinakos" klubunu çalışdıran "imperator" ləqəbli futbol müxtəxəssisi may ayından etibarən rəsmi formada heç bir komandada çalışmır.
Adı bir sıra Asiya klubları ilə hallanan Fatih Terim, bu mövzuda hansısa açıqlama verməyib. "Qalatasaray"da və Türkiyə milli komandasında qazandığı uğurlarla tanınan Terimin məşqçilik kariyerasına Azərbaycanda davam edəcəyi ilə bağlı iddialar var.
Milli.Az bildirir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, 71 yaşlı baş məşqçinin konkret hansı yerli klubu çalışdıracağı mediadan gizlədilir. Lakin iddialara görə, Fatih Terimin özü də Azərbaycanda işləməyə maraqlıdır. Bəzi proqnozlara görə, onun növbəti adresi ölkəmizin ən köklü klubu "Neftçi" olacaq. Yeni mövsümə olduqca bərbad start verən "flaqman" komandaya yeni ruh gətirmək niyyətindədir. Hazırki situasiyada Fatih Terimin maaşını qarşılayacaq ən potensiallı və real namizəd də məhz "Neftçi"dir. vakansiyalar
Terimin çalışdırdığı klublardakı məvacibini nəzərə alsaq, onun yeni iş yerindəki qazancı illik 2 milyon avrodan az olmayacaq. Bundan öncə də bir sıra türk məşqçilərin Azərbaycanda fəaliyyət praktikası olub. Yaxın keçmişdə Bülənt Qorxmaz "Bakı"nı, Cüneyt Biçər "Bakı" və "Xəzər Lənkəran"ı, Fatik Kavlak isə "Qəbələ"ni çalışdırıb. Bu siyahını daha da uzatmaq olar, amma sözügedən məşqçilər klublarımızda ciddi uğurlar əldə edə bilməyib. Ancaq təbii ki, Fatih Terimi sadalanan futbol mütəxəssisləri ilə müqayisə etmək haqsızlıq olar.
Fatih Terimin baş məşqçilik kariyerasına nəzər salsaq, ilk öncə onun "Qalatasaray"da əldə etdiyi uğurları qeyd etmək yerinə düşər. "İmperator" müxtəlif dövrlərdə İstanbul nəhəngini çalışdırdığı 13 ildə 8 Türkiyə liqası çempionluğu, 3 Türkiyə kuboku və 4 Türkiyə Superkuboku qazanıb. Terimin "şah əsəri" isə "Qalatasaray"la 1999-2000-ci illər mövsümündə əldə etdiyi UEFA Avropa liqası çempionluğudur. Bu nəticə Türkiyə klublarının Avropadakı ən mötəbər uğurudur. Əlavə olaraq, Terim Türkiyə millisi ilə AVRO 2008-də bürünc mükafat qazanıb. O, kariyerasını bir müddət İtaliyada davam etdirib. Fatih Terimin Apenin yarımadasında çalışdırdığı klublar "Fiorentina" və "Milan"dır.
Xatırladaq ki, Terimin son iş yeri Yunanıstanın "Panatinakos" klubu olub. O, Afina təmsilçisi ilə liqaya uğurlu start versə də, bir müddət sonra klub mənfi nəticələr əldə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Türkiyədə iki hakim həbs edildi
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
İlie Datku vəfat edib
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"





