İdman

“Qarabağ” buna görə uduzdu: Bilərəkdən etdilər ki...

27 Sentyabr 2024 14:07
Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən axşam "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olmasına təəssüflənirəm. Oyundan öncə komandanın motivasiyası yaxşı deyildi. Komandamızı oyunun keçiriləcəyi stadiona gətirən avtobusun tıxaca düşməsi motivasiyanı aşağı salmışdı.

Milli.Az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı, "Qarabağ"ın sadiq azarkeşi Aqil Abbas deyib.

"Komandamızı qəsdən tıxaca salıb, oyuna gecikdirmişdilər. Tıxacda adamın əsəbi pozulur. Bakıda işə gedib-gələndə tıxaca görə başımız xarab olur, bir müddət özümüzə gələ bilmirik", - deyə o əlavə edib.

Aqil Abbasa görə, "Qarabağ" Azərbaycanda ən azı özü kimi 4 komanda olduqda, Avropa futbolunu fəth edəcək:

"Hələ ki belə bir imkan yoxdur. Təsəvvür edin, "Qarabağ" "Tottenhem"lə oynayıb gəlib, sabah da "Kəpəz"lə, "Səbail"lə oynayacaq. Bu fərqi hiss etmək elə də çətin deyil. Azərbaycanda gərək, çempionluq uğrunda "Qarabağ" kimi 4-5 komanda mübarizə aparsın ki, komanda da tam yetişsin".

Millət vəkili bildirib ki, futbolçu Tural Bayramov penaltini vursaydı, oyun fərqli qaydada gedəcəkdi:

"Onun penaltini vura bilməməsi pis oldu. Bütün bunlara baxmayaraq "Qarabağ"a, Qurban Qurbanova inanıram".

Qeyd edək ki, ötən gecə Londonda "Tottenhem Hotspur" stadionunda keçirilən UEFA Avropa liqa mərhələsinin I turunda "Qarabağ" "Tottenhem"ə 3:0 hesabı ilə məğlub olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.