İdman

"Formula 1" komandalarının sıralama turu başa çatdı - YENİLƏNİB - VİDEO - FOTO

14 Sentyabr 2024 16:59
Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:59

"Formula 1" Azərbaycan Qran-Prisi 2024 çərçivəsində Formula 1 komandalarının sıralama turu başa çatıb.

Trend-in məlumatına görə, yarışda 10 komanda iştirak edib. Ən yaxşı nəticəni "Scuderia Ferrari" komandasının pilotu Şarl Leklerk göstərib.

Sonrakı yerlərdə isə "McLaren" komandasının pilotu Oskar Piastri və "Scuderia Ferrari" komandasının pilotu Karlos Sainz qərarlaşıb.

----------
16:00

"Formula 1" Azərbaycan Qran-Prisi 2024 çərçivəsində Formula 1 komandalarının sıralama turu start götürüb.

Trend-in məlumatına görə, yarışda 10 komanda iştirak edir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024 dünən start götürüb. Əsas yarışlar sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

-----------
15:09

"Formula 1" Azərbaycan Qran-Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sprint yarışları başa çatıb.

Trend-in məlumatına görə, yarışda 11 komanda iştirak edib.

Yarış zamanı pilotlar 21 dövrə vurublar.

Yarışın qalibi "AIX Racing" komandasından Coşua Dürksen olub.

---------
14:15

"Formula 1" Azərbaycan Qran Prisi 2024 çərçivəsində "Formula 2" komandalarının sprint yarışları başlayıb.

Trend-in məlumatına görə, yarışda 11 komanda iştirak edir.

Yarış zamanı pilotlar 21 dövrə vurmalıdırlar.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024 dünən start götürüb. Əsas yarışlar sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

------------
13:55

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin ikinci günündə komandaların üçüncü sərbəst yürüşü başa çatıb.

Trend xəbər verir ki, 10 komandanın iştirak etdiyi yürüşdə ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.

"Ferrari"nin pilotu Şarl Lekler ikinci, "McLaren"dən Lando Norris isə üçüncü olub.

----------
13:15

Formula 1 Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 1 komandalarının üçüncü sərbəst yürüşləri zamanı bolidlərin biri qəza törədib.

Trend-in məlumatına görə, Haas" komandasının pilotu Oliver Berman bolidi səddə çırpılıb.

-------

12:52

Formula 1 Azərbaycan Qran-Prisi 2024 çərçivəsində Formula 1 komandalarının üçüncü sərbəst yürüşləri zamanı bolidlərin birində texniki problem yaranıb.

Trend-in məlumatına görə, qırmızı bayraq qaldırılıb və bolid trekdən kənarlaşdırılıb.

Texniki problem "BWT Alpine" komandasının pilotu Esteban Okonun idarə etdiyi boliddə aşkarlanıb.

Qısa fasilədən sonra Esteban Okon sınaq yürüşünu davam etdirib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2024 start götürüb. 13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

--------

12:30

Formula 1 Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 1 komandalarının üçüncü sərbəst yürüşləri start götürüb.

Trend-in məlumatına görə, yarışda 10 komanda iştirak edir.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2024 start götürüb. 13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

----------
09:00

Bu gün "Formula 1 Azərbaycan Qran-Prisi 2024"ün ikinci günü davam edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə "Formula 1" və "Formula 2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də "Formula 1" komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və "Formula 2" komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və "Formula 1" və "Formula 2" üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, "Formula 1" Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə "Formula 1" Azərbaycan Qran-Prisi baş tutub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.