Emin Mahmudov qaçırılan penaltidən DANIŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu 100 faiz dəqiq demək mümkün deyil. Mən də penaltini qaçıra bilərdim.
Milli.Az bildirir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov İsveçə uduzduqları UEFA Millətlər Liqasının oyununda 11 metrlik cərimə zərbəsini Ramil Şeydayevin yerinə yetirməsi ilə bağlı danışarkən deyib.
Təcrübəli yarımmüdafiəçi komanda yoldaşının zərbəni yerinə yetirmək istəyi ilə ona yaxınlaşdığını bildirib:
"Burada heç bir problem yoxdur. Ramil yığmada daha əvvəl də penalti vurub".
Mahmudov qarşılaşma haqqında da danışıb:
"Məğlubiyyətin ilk səbəbi qol şanslarından istifadə edə bilməməyimizdir. Ötən il Avropa çempionatının seçmə mərhələsində bu rəqiblə matçda əlimizə düşən fürsətləri dəyərləndirdik. İndi isə epizodları qola çevirə bilmədik. Belə yaxşı komandalar bunu bağışlamır. Rəqib keyfiyyətli oyunçulardan təşkil olunub. İlk qolu əks-hücumda vurdular. Biz qolları vursaydıq, başqa cür ola bilərdi. Amma artıq görüş bitib və heç nəyi dəyişə bilmərik".
Kapitan sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcəkləri matça toxunub:
"Bu görüşdə yaxşı oyun göstərmək niyyətindəyik. Rəqib Avropa çempionatında yaxşı təsir bağışlayıb. Yaxşı nəticə qazanmağa çalışacağıq".
Qeyd edək ki, sentyabrın 8-də Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda keçiriləcək Slovakiya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək. Yığmamız Millətlər Liqasının C Liqasının I qrupunun ilk görüşündə, Tofiq Bəhramov adına Respublika stadionunda İsveçə 1:3 hesabı ilə uduzub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sərçə sayəsində milyonçu oldu
-
Tələbə faciəvi şəkildə öldü - FOTO
-
"Sülh planı nüvə məsələlərini əhatə etmir"
-
Lerikdə ildırım vuran gənc ölüb
-
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
-
Azərbaycanda qadın həyat yoldaşını bıçaqladı
-
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA
-
Makron Ermənistana səfər edib
-
"Mançestet Yunayted" "Liverpul"u məğlub edib
-
Konditer vitrinlərini qısqandıracaq ev üsulu supanql
-
"Zirə" "Qəbələ"ni məğlub edib
-
Konsertinə gələn tamaşaçı sayını eşidib şoka düşdü - FOTO
-
Ferqusson xəstəxanaya yerləşdirildi
-
Bütün dünya Putinin çıxışını gözləyir - Peskov
-
Nəsrin Cavadzadə bu gün ailə qurur - FOTO
-
Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib - FOTO
-
Rəvandan qızına maşın sürmək qadağası
-
15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü
-
"Bakı Marafonu 2026"ın start və finişində konsert təşkil edildi - FOTO
-
Aktyor 48 milyon dollar sərvəti olması xəbərinə belə reaksiya verdi
-
Almaniya müharibəyə hazırlaşır
-
Kabab sevənlər oxusun
-
Tofiq Paşayeva ağır itki
-
“Bu, İsrail üçün tələyə çevrilib”





