İdman

Rusiyanı geri qaytarın! - UEFA-ya çağırış

15 Avqust 2024 22:56
Baxış: 1 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya millisinin Braziliya əsilli sabiq hücumçusu Ari Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) qarşısında tələblə çıxış edib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, fubolçu Rusiyanın beynəlxalq arenaya qaytarılmasını tələb edib.

"Mən Canni İnfantino olsaydım, bu gün Rusiyanı geri qaytarardım. Ona görə də FİFA və UEFA prezidentlərinə müraciət edirəm - bu gün Rusiyanı geri qaytarın!" - o deyib. O, hər şeyə siyasətin qarışmasından şikayətlənib.

Onun fikrincə, avropalılar da Rusiyanın qayıtmasını çox səbirsizliklə gözləyirlər. "İdman belə böyük ölkə olmadan mövcud ola bilməz. Rusiya həm maliyyə, həm də idman üçün lazımdır", - deyən Ari Rusiyanın geri dönüşünün həm idmançılar, həm də turizm üçün faydalı olacağını qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.