İdman

"Fənərbağça"dan surpriz seçim - Əzəli rəqibinin futbolçusunu alır

13 Avqust 2024 17:31
Baxış: 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun "Fənərbağça" klubu transfer siyahısına surpriz adı daxil edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, klub İngiltərənin "Vulverhempton" klubunda forma geyinən qabonlu futbolçu Mario Leminanı heyətinə qatmaq üçün hərəkətə keçib. Oyunçunun "Fənərbağça"ya mümkün keçidi ilə bağlı ingilis mediasında da məlumat yer alıb.

Bazar dəyəri 10 milyon arvo olan futbolçu üçün türk klubunun 5-6 milyon avroluq təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, 2023-cü ildən ingilis klubunda olan Leminanın müqaviləsi gələn yay başa çatır. Futbolçu ötən il Fransanın "Nice" klubundan "Vulverhempton"a 11 milyon avroya keçmişdi.

İndiyə qədər "6 nömrə" mövqeyində oynayan futbolçunun transferləri üçün 51,2 milyon avro ödənilib. "Fulham", "Yuventus", "Marsel", "Sautgempton" kimi klubların da formasını geyinən Lemina karyerası ərzində 339 matça çıxıb, 17 qol və 6 asisstlə yadda qalıb.

O, 2019-2020-ci il mövsümündə "Qalatasaray"da icarə əsasında oynayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.