İdman

"Sumqayıt" "Fehervar"a uduzdu - YENİLƏNİB - VİDEO

25 İyul 2024 21:54
Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:54

"Sumqayıt" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

Samir Abasovun komandası evdə Macarıstan "Fehervar"ını qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "Fehervar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu cütün qalibi 3-cü raundda "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün güclüsü ilə qarşılaşacaq. 

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.

Konfrans Liqası, ilk oyunlar

25 iyul

20:00. "Sumqayıt" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 1:2 

Qollar: Səbuhi Abdullazadə, 20 (1:0), Tobyas Kristensen, 39 (1:1), Ksaba Spandler, 52 (1:2)

Qırmızı vərəqə: Murad Xaçayev, 32 ("Sumqayıt")

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi (Albaniya)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

-------------

21:11

Konfrans Liqası, ilk oyunlar

25 iyul

20:00. "Sumqayıt" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 1:2 (İkinci hissə)

Qol: Səbuhi Abdullazadə, 20 (1:0), Tobyas Kristensen, 39 (1:1), Ksaba Spandler, 52 (1:2)

Qırmızı vərəqə: Murad Xaçayev, 32 ("Sumqayıt")

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi (Albaniya)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

---------------

20:41

Konfrans Liqası, ilk oyunlar

25 iyul

20:00. "Sumqayıt" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 1:1 (Birinci hissə)

Qol: Səbuhi Abdullazadə, 20 (1:0), Tobyas Kristensen, 39 (1:1)

Qırmızı vərəqə: Murad Xaçayev, 32 ("Sumqayıt")

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi (Albaniya)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

------------

20:27

Konfrans Liqası, ilk oyunlar

25 iyul

20:00. "Sumqayıt" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 1:0 (Birinci hissə)

Qol: Səbuhi Abdullazadə, 20 (1:0)

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

-----------

20:18

"Sumqayıt" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirir.

Samir Abasovun komandası evdə Macarıstan "Fehervar"ını qəbul edir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək. Oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.

"Sumqayıt" "Fehervar"ı mübarizədən kənarlaşdırsa, 3-cü raundda "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. "Gənclik şəhəri" təmsilçisi mərhələ adlayacağı təqdirdə ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.

Konfrans Liqası, ilk oyunlar

25 iyul

20:00. "Sumqayıt" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 0:0 (Birinci hissə)

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.