Türkiyə Super Liqa təmsilçilərindən "Qalatasaray" daha bir futbolçu ilə vidalaşıb.
Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klubdan verilən açıqlamada "sarı-qırmızılar"ın Tete ilə yollarını ayırdığı bildirilib.
Braziliyalı futbolçu Yunanıstan təmsilçisi "Panatinaikos"a keçib. Yunanlar Tete üçün İstanbul klubuna 4 milyon 750 min avro transfer haqqı ödəyəcək.
Qeyd edək ki, Tete "Qalatasaray"a 2023-cü ildə Ukraynanın "Şaxtyor" klubundan keçmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun