"Qarabağ" Şahruddini niyə geri qaytarır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mediada "Qarabağ"ın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevi geri qaytaracağına dair xəbərlər yayılıb. Bugünlərdə "Adana Demirspor"dan (Türkiyə) ayrılan 30 yaşlı qolkiperin yeni mövsümdən karyerasını yenidən Ağdam klubunda davam etdirəcəyi bildirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, həqiqətən də tərəflər arasında danışıqlar olub və tezliklə Ş.Məhəmmədəliyev "Qarabağ"la müqavilə imzalayacaq. Baş məşqçi Qurban Qurbanovun Şahruddini geri qaytarmaq istəməsinin isə bir sıra səbəbləri var.
Məlum olduğu kimi, ötən mövsüm başa çatdıqdan sonra Andrey Lunyov və Luka Quqeşaşvili ilə başa çatan müqavilə yenilənməyib. Bu yaxınlarda Portuqaliya yüksək liqa təmsilçisi "Vizella"dan Almaniya vətəndaşlığı olan Fabiyan Buntiç heyətə cəlb olub. "Qarabağ" ikinci əcnəci qapıçı axtarışında olduğu vaxtda isə yerli qapıçı olan Amin Ramazanov ağır zədə alıb və 8 ay müddətinə sıradan çıxıb. Bu o deməkdir ki, yeni mövsüm Ramazanov üçün faktiki indidən başlamadan başa çatıb.
"Qarabağ"ın Şahruddini yenidən qaytarmasının əsəs səbəbi də çempionatda tətbiq olunan yerli oyunçu limiti ilə bağlıdır. Yeni mövsüm daha rəqabətli olacağından baş məşqçi Q.Qurbanov Şahruddinə əsasən daxili liqanın oyunlarında şans verməyi düşünür. Avropa kuboklarında isə qapını ya Fabiyan Buntiç, ya da transferi gözlənilən başqa bir təcrübəli əcnəbi qapıçı qoruyacaq. Həmin əcnəbi qapıçı ilə də tezliklə müqavilə imzalanmalıdır.
Əldə etdiyimiz xəbərə görə, ümumiyyətlə, yeni mövsümdə "Qarabağ"ın qapıçı mövqeyində daha güclü rəqabət olacaq. Hələlik Şahruddin ikinci qapıçı kimi düşünülür. Amma əlbəttə, gələcəkdə rəqabətdə kim birinci olacaqsa, o da qapını qoruyacaq.
QOL.az-a daxil olan başqa bir xəbərə görə, Şahruddinə "Sabah" və "Neftçi" də real təklif göndərib. Lakin futbolçu yekunda sabiq klubu "Qarabağ"a qayıtmağı üstün tutub.
Bugünlərdə Xorvatiya mətbuatı Mahir Emrelinin "Dinamo"dan (Zaqreb) ayrılaraq "Qarabağ"a qayıdacağını yazıb. Amma bununla bağlı xəbərlər həqiqəti əks etdirmədiyi də əldə etdiyimiz etibarlı məlumat sırasındadır.
Yeni transferlərə gəlincə, "Qarabağ" bu yay heyətinə əlavə iki qapıçı ilə yanaşı bir neçə meydan oyunçusu da cəlb etmək fikrindədir. Klubun sponsoru "Azersun" Holdinq tərəfindən bunun üçün tələb olunan vəsait də ayrılıb. Yekun söz isə baş məşqçi Qurban Qurbanovdadır. "Qarabağ"ın uğurlarının memarı olan 52 yaşlı mütəxəssis ötən illərdə olduğu kimi transfer məsələsinə həssas yanaşır, tələsik qərar vermək istəmir və sırf görüntü xatirinə oyunçu almaq fikrində deyil.
Çünki digər bir neçə Azərbaycan klublarının acı təcrübəsindən də göründüyü kimi, belə lazımsız transferlərdən yekunda komanda özü ziyan çəkib. "Qarabağ"ın transferləri isə böyük mənada özünü doğruldub və bütövlükdə kluba fayda gətirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
XƏBƏR LENTİ
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib





