Amerika kubokunda DAVA DÜŞDÜ - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kolumbiya milli futbol komandası uruqvaylı rəqiblərini yenərək Amerika Kubokunun finalına vəsiqə qazanıb. Gərgin keçən oyundan sonra uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında dava düşüb.
Milli.Az bildirir ki, ABŞ-nin Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən oyun kolumbiyalıların minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu ilk hissənin sonunda İngiltərənin "Kristal Pelas"ında yarımmüdafiə mövqeyində çıxış edən 30 yaşlı Cefferson Lerma vurub. Birinci hissəyə əlavə edilmiş vaxtda isə "Kristal Pelas"ın bir başqa oyunçusu Daniel Munyos ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Matçın favoritləri sayılan uruqvaylıların təzyiqinə baxmayaraq, oyunda hesab dəyişməyib. Beləliklə, Kolumbiya qitə yarışmasının finalına çıxıb. Komandanın rəqibi Argentina yığması olacaq.
Oyundan dərhal sonra uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında əlbəyaxa dava düşüb. Tribunaya qalxaraq davada iştirak etmiş futbolçular arasında "Liverpul"un hücumçusu Darvin Nunyes və "Barselona"nın müdafiəçisi Ronald Arauxo olub. Çaxnaşmada azarkeşlərdən birinin Nunyesin başına zərbə endirdiyi görüntülənib.
"El Observador" nəşrinə qarşıdurmanın səbəblərini açıqlayan Uruqvay millisinin müdafiəçisi Xose Ximenes bunun futbolçuların ailələrinin təhlükə altında olması ilə əlaqələndirib:
"Kolumbiyanın azarkeşləri bütün ailələrimizə təhlükə yaratdılar və mikrofonla danışmağa imkan vermədilər. Bu fəlakətdir, ailələrimiz təhlükə altında idi. Yeni doğulmuş balaca uşaqları olan əzizlərimizi götürmək üçün tribunalara qalxmalı olduq. Bir dənə də olsun polis yox idi, onlar yarım saatdan sonra getdilər, biz isə özümüzküləri qoruyurduq. Hər oyun ailələrimiz içməyi bacarmayan iki-üç nəfərin ucbatından əziyyət çəkir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək





