İdman

"Bu xarakterə görə oyunçularımla fəxr edirəm" - Sautqeyt

1 İyul 2024 09:37
Baxış: 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün 1/8 finalında Slovakiyaya qalib gəldikləri matçı (2:1) şərh edib.

Milli.Az xəbər verir ki, o, hesabda geri düşmələrinə baxmayaraq qələbəyə sona qədər inandıqlarını bildirib:

"Oyunçularımın bu gün göstərdikləri xarakterə görə onlarla çox fəxr edirəm. Meydana çıxan bütün futbolçular öz işini gördü və bu maneəni dəf etməyimizə kömək etdilər. Bu oyunçular bu gün olduğu kimi həmişə bir-birini irəli aparır, bir-birlərinə kömək edirdilər və bu, nəticə verdi.

Sona qədər məndə belə bir hiss var idi ki, matçın nəticəsi müəyyən edilməyib və bilirəm ki, indi bu, gülməli səslənir, amma biz sona qədər inandıq".

Xatırladaq ki, oyunda hesabı Slovakiya millisi açıb və matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngiltərə millisi 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb  və görüşdə əlavə vaxt oynanılıb. İngilislər əlavə vaxtda daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.