İdman

Arif Əsədovdan günün PROQNOZLARI

25 İyun 2024 13:42
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Niderland - Avstriya matçı çox maraqlı olacaq".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

O, AVRO-2024-də bu gün baş tutacaq 4 matçı şərh edib.

Təcrübəli mütəxəssis bildirib ki, D qrupunda oynanılacaq Niderland - Avstriya qarşılaşmasında komandaların şansı bərabərdir: "Hər ikisi növbəti mərhələyə yüksələ bilər. Avstriya turnirdə ən yaxşı oyun göstərən komandalardan biridir. Sürətli və dinamik oyunu ilə seçilir. Hollandlar da texniki baxımdan yaxşı təsir bağışlayırlar. Buna görə hansı komandanın qalib gələcəyi barədə danışmaq çətindir. Çünki bu gün qələbə üçün iki istəkli komanda qarşılaşacaq".

Əsədov vurğulayıb ki, eyni qrupda keçiriləcək Fransa - Polşa matçında fransızlar favoritdirlər: "Bu birmənalı şəkildə belədir. Lakin Polşanın da itirəsi bir şeyi yoxdur. Ona görə rahat oyun olacaq. Sonda isə Fransa qalib gələcək".

Onun sözlərinə görə, C qrupunda baş tutacaq İngiltərə - Sloveniya, Danimarka - Serbiya qarşılaşmaları da öz dinamikliyi və maraqlı olması ilə seçiləcək: "İlk dueldə ingilislər favoritdirlər. Bu səbəbdən qələbələrinə inam böyükdür. Danimarka - Serbiya matçı isə bir az çətin olacaq. Qarşılaşmanın heç-heçə ilə bitəcəyini gözləyirəm. Bu nəticədə Danimarkaya sərf edir. Çünki onlar ikinci yerlə mərhələ adlaya bilərlər".

Qeyd edək ki, qarşılaşmalar saat 20:00-dan start götürəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.