İdman

İki “Neftçi”, bir rəhbər və ya Hafiz Zeynalov kimdir? - FOTO

25 İyun 2024 12:21
Baxış: 1 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" PFK-nın Müşahidə Şurasının sədri kimi təsdiqlənən Hafiz Zeynalov həm də "Neftçi" İK-də rəhbər kimi çalışır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, dekabrın 8-də 41 yaşını qeyd edəcək funksioner İdman Klubunda İdarə Heyətinin sədridir.

Onun buradakı müavini isə "Neftçi" PFK tarixinin ən uğurlu prezidenti sayılan Sadıq Sadıqovdur. "Ağ-qaralar" məhz onun dövründə çempionluqları sıralayıb və Avropa Liqasında qrupa düşən ilk Azərbaycan klubu kimi tarix yazıb.

Zeynalovun "Neftçi" PFK-nın Müşahidə Şurasına gəlməsi isə 2022-ci il noyabrın 22-də gerçəkləşib. Şurada həmin vaxtdan yer alan funksioner təxminən 19 ay sonra sədr olub.

Hər iki "Neftçi"də rəhbərlikdə yer alan Zeynalov, eyni zamanda SOCAR-da çalışır. O, 2022-ci ilin mayında şirkətin aparat rəhbəri, işlər idarəsinin rəisi vəzifəsinə təyinat alıb. İşlər idarəsinin rəisi həmçinin SOCAR Prezidentinin köməkçisidir. O, bu təyinatadək İqtisadiyyat Nazirliyində çalışıb.

Qeyd edək ki, "Neftçi" 2023/24 mövsümündə Premyer Liqada 5-ci yeri tutaraq avrokuboklardan kənar qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.