İdman

Araz Abdullayev "Everton"la müqavilə imzaladı

24 May 2010 18:57
Baxış: 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli komandamızın və "Neftçi"nin gənc yarımmüdafiəçisi Araz Abdulalyev İngiltərənin "Everton" klubu ilə ilkin müqavilə imzalayıb.

Fanat.az xəbər verir ki, bu barədə "Neftçi"nin prezidenti Sadıq Sadıqov məlumat verib.

"Hər bir həmyerlimizin xarici kluba transferi bizim fəxrimizdir. Futbolçularımızın əcnəbi komandalara keçidi Azərbaycan futboluna başıucalığı gətirən hallardandır. Buna görə də, "Neftçi" rəhbərliyi də gənc və perspektivli oyuçularının güclü xarici klublara keçidinə şərait yaradır. Artıq Araz Abdullayev məsələsi ilə əlaqədar "Everton"la ilkin müqavilə bağlanılıb. Bununla bağlı danışıqlar davam etdirilir", deyə Sadıqov bildirib.

/Fanat.az/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.