İdman

Messi Amerika kubokuna gedir – HEYƏT

16 İyun 2024 08:40
Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin Amerika kuboku üçün heyəti açıqlanıb.

Milli.Az idman.biz-ə istinadən xəbər verir ki, baş məşqçi Lionel Skaloni yarışda güvənəcəyi 24 futbolçunu müəyyənləşdirib.

Lionel Messi və Anxel Di Maria da "albiselesta"nın heyətində yer alıblar.

Qapıçılar: Franko Armani ("River Pleyt"), Valter Benitez (PSV, Niderland), Emilyano Martinez ("Aston Villa", İngiltərə);

Müdafiəçilər: Nehuen Perez ("Udineze", İtaliya), Nikolas Taqliafiko ("Lion", Fransa), Nauel Molina ("Atletiko", İspaniya), German Pezelya ("Betis", İspaniya), Kristian Romero ("Tottenhem", İngiltərə), Nikolas Otamendi ("Benfika", Portuqaliya), Nikolas Valentini ("Boka Xunyors"), Valentin Barko ("Brayton", İngiltərə);

Yarımmüdafiəçilər: Leandro Paredes ("Roma", İtaliya), Rodriqo De Paul ("Atletiko", İspaniya), Enzo Fernandez ("Çelsi", İngiltərə), Fakundo Buonanotte ("Brayton", İngiltərə), Covani Lo Selso ("Tottenhem", İngiltərə), Quido Rodriges ("Betis", İspaniya), Aleks Mak Alister ("Liverpul", İngiltərə), Valentin Karboni ("Monza", İtaliya)

Hücumçular: Xulian Alvarez ("Mançester Siti", İngiltərə), Anxel Di Mariya ("Benfika", Portuqaliya), Nikolas Qonzales ("Fiorentina", İtaliya), Alexandro Qarnaço ("Mançester Yunayted", İngiltərə), Lautaro Martinez ("İnter", İtaliya).

Qeyd edək ki, Amerika kuboku iyunun 20-dən iyulun 14-ə kimi ABŞ-da keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.