İdman

Türkiyə yığmasında daha bir itki - FOTO

5 İyun 2024 17:31
Baxış: 660
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

AÇ-2024-də iştirak edəcək Türkiyə yığması növbəti ciddi itki ilə üzləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "ay-ulduzlular"ın daha bir futbolçusu Almaniyada baş tutacaq qitə birinciliyinə qatılmayacaq.

Söhbət Ozan Kabakdan gedir. 24 yaşlı müdafiəçi İtaliya ilə yoldaşlıq matçında (0:0) zədələnərək sıradan çıxıb. Tibbi müayinələrdən sonra Ozanın sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.

Qeyd edək ki, bunadək Çağlar Söyüncü və Enes Ünalın da zədə ilə əlaqədar AÇ-2024-ə aparılmayacağı bəlli olmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.