Rekordlarla zəngin Avropa çempionatı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmiz dəfələrlə nüfuzlu güləş yarışlarına ev sahibliyi edib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Avropa çempionatı (2002, 2010), dünya çempionatı (2007), Dünya Kuboku (2004, 2012, 2022), U-17 dünya çempionatı (2012) və başqa beynəlxalq güləş turnirləri paytaxtımızda uğurla təşkil olunub.
Son 2 ayda isə qitənin ən güclü güləşçiləri 2 dəfə Bakıya gəldi. 5-7 apreldə Milli Gimnastika Arenasında Avropa Olimpiya Təsnifat turniri, 20-26 mayda isə Bakı İdman Sarayında U-23 Avropa çempionatı keçirildi.
Sonuncu yarış cari ildə sayca 3-cü qitə birinciliyi oldu. Fevralda böyüklər arasında Avropa çempionatı keçirildi. Mayda isə ardıcıl olaraq U-15 və U-23 yaş qrupunda analoji yarışlar baş tutdu. Sevindirici haldır ki, son 2 yarışda komanda hesabında 4 çempionluq qazandıq. Yunanıstanın Lutraki şəhərində təşkil olunan U-15 Avropa çempionatında sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz komanda hesabında 1-ci yeri tutdu. İki komandanın eyni vaxtda Avropa çempionu olması bu yaş qrupunda Azərbaycan güləşində ilk idi.
Növbəti ilklərə "doğma divarlar" şahidlik etdi. Lutrakidə olduğu kimi, Bakıda da hər iki növdə komanda hesabında çempion olduq. U-23 Avropa çempionatlarında ilk dəfə bir yarışda 2 komanda çempionluğunu əldə etdik. Bu yerdə cəmi 6 nəfərdən ibarət heyətlə ilk dəfə bu yaş qrupunda "3-lüy"ə yüksələn qadınlardan ibarət millimizin tarixi uğurunu mütləq qeyd etməliyik. Yunan-Roma güləşi üzrə yığmamızın tutduğu yer, topladığı xal, medalların sayı və əyarı daxil olmaqla, birdən-birə özünün 4 rekordunu yeniləməsi də nəzərəçarpan faktdır.
Beləliklə, güləşçilərimiz yerli publika qarşısında 5 qızıl, 4 gümüş və 7 bürünc medal qazandı. Əldə edilən 16 medalla iki il əvvəlki rekord təkrarlandı. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən analoji yarışda Rusiya və Belarus güləşçiləri iştirak etməmişdi.
Neytral atletlərin komanda nəticələri nəzərə alınmadığı üçün güləşin 3 növündə qazanılan medalların əyarına görə Azərbaycan birinci yeri tutdu. Ukrayna (4 qızıl, 4 gümüş, 3 bürünc) ikinci, Gürcüstan (2 qızıl, 2 gümüş, 6 bürünc) isə üçüncü oldu. Medalların sayına görə isə ölkəmiz Türkiyə ilə zirvəni bölüşdü.
Qeyd edək ki, U-23 Avropa çempionatında Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq), Jalə Əliyeva (57 kq) və Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Nihad Quluzadə (60 kq), Elnurə Məmmədova (53 kq), Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq), Ruzanna Məmmədova (59 kq), Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal qazandı (AGF).
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Türkiyədə iki hakim həbs edildi
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
İlie Datku vəfat edib
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"





