Ağadadaş Ağayev: “Neftçi” ənənəni davam etdirə bilmir, “Qarabağ”ı sevirəm” - MÜSAHİBƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Xalq artisti Ağadadaş Ağayevin İdman.Biz-ə müsahibəsini təqdim edir:
- Futbol sevginizdən xəbərdar olduğumuz üçün söhbətə elə bu idman növünün gündəm mövzusu ilə başlamaq istərdim. Hazırda boş olan Azərbaycan milli komandasında baş məşqçisi postunda kimi görürsünüz?
- Qurban Qurbanovun qısamüddətli fəaliyyətini çıxmaq şərtilə, milli komandamıza Berti Foqtsdan sonra gələnlərin hamısı almaniyalının qohum-əqrəbəsi idi. Gəlib fokus göstərib getdilər. Hazırda ya Qurban Qurbanov, ya da Nazım Süleymanov bu işi görə bilər. Mən onların potensialını bildiyim üçün bunu deyirəm, onlar haqq-ədalətlə işləyəcəklər. İkisini də çox yaxşı tanıyıram, hətta ikisinin də toyunu oxumuşam. Nazim Süleymanov bir o qədər də populyar olmaya bilər, ancaq Vladiqafqazda ona böyük sevgi var. Orda o Azərbaycanın adını göylərə qaldırıb. Vladiqafqazda bir kəlmə de ki, Nazimin yerlisiyəm, gör səni necə qarşılayacaqlar.
- "Qarabağ", yoxsa "Neftçi"?
- "Qarabağ". Neftçi gənclik illərimdə tək futbol komandası olduğu üçün ona baxırdım. Bir müğənni uğursuzluğa doğru gedirsə, onu sevənlər neynəməlidir? Çalışmır, yaratmır, nəticə vermir. Bu, idmanda da belədir. Sən nəticə ver ki, mənim "Neftçi"im ol. Sovet dövründə Azərbaycanın tək komandası "ağ-qaralar" idi. O vaxt mənim üçün "Neftçi" başqa bir zirvə idi. Bu gün isə həmin ənənəni davam etdirə bilmir. Ona görə də "Qarabağ"ı sevirəm. Bu komanda dünya səhnəsinə çıxır. Bu gün Azərbaycanı Avropada ən yaxşı təmsil edən yeganə komandadır. Qurban Qurbanov yaxın dostumdur, onun toyunda da, futbolla vida mərasimində də mən oxumuşam. Həmin gün 10 minlərlə tamaşaçının qarşısında konsert verdim. Vida konsertinin rejissoru da, ssenaristi də mən oldum. Əlim o qədər yüngüldür ki. Musa Qurbanovun toyunu da mən oxumuşam.
- Necə düşünürsünüz, Qurban Qurbanov oyunçu kimi daha yaxşı idi, yoxsa məşqçi kimi?
- Məşqçi kimi. Oyunçu kimi məşqçiliyindən çox aşağıda durur. Düzdür, yaxşı zərbələri də olub, ancaq çox fürsətləri qaçırırdı. Bu gün isə o, müasir futbola, taktiki gedişləri, baxışı, fəlsəfəsi ilə o qədər yaxındır ki... Qurduğu oyuna baxanda elə bilirəm ki, "Barselona"nı izləyirəm.
- "Qarabağ"da xüsusilə oyununu bəyəndiyiniz bir futbolçu varmı?
- "Qarabağ"da heç vaxt fərdi oyunçu önə çıxmır. Burdakı uğurlar komanda şəklində görünür. Ümumilikdə, Azərbaycan futbolundan danışırıqsa, Emin Mahmudovun adını çəkə bilərəm. Əslində, Şahruddini də çox bəyənirdim. Onda kişi xarakteri çox qabarıqdır, ona görə də, bəzən qapıçıya zərər gətirən reaksiyaları olurdu. Türkiyəyə gedəndən sonra daha da peşəkarlaşıb.
- Həm də "Qalatasaray"ın azarkeşisiniz. Niyə məhz bu komanda?
- "Qalatasaray" Türkiyə səviyyəsində elit komandadır. Söhbət təkcə kklubun özündən yox, həm də izləyicilərindən gedir. Tamaşaçılarına diqqət etsəniz, nə demək istədiyimi anlayacaqsınız. Başqa komandalarda bunu görmək olmur. O camiə əvəzolunmazdır. Deyərdim ki, "Qalatasaray" türk dünyasının ən elit futbol komandasıdır.
- Azərbaycan çempionatında "Qarabağ"dan başqa, azarkeşlik etdiyiniz komada var?
- Qarabağdan sonra kimin haqqında nə xoş söz deyim? Nəticələr ortadadır.
- Azərbaycan futbolunun bugünkü durumu sizi qane edir?
- Təəssüf ki, qəti surətdə qane etmir. Kaş ki, belə olmazdı. Azərbaycan futbolu bu gün inkişafa yox, tənəzzülə gedir.
- Bəs futboldan savayı izlədiyiniz idman növləri hansılardır?
- Bir müddət öncə qadınlardan ibarət voleybol komandamız dünya arenasına çıxa bildi. Ancaq nəticələr istədiyimiz səviyyədə olmadı. Hazırda fərdi idman növləri bizdə daha çox öndədir.
- İllər öncə minifutbol stadionu inşa etdirmişdiniz. Hazırda həmin arena fəaliyyət göstərir?
- Bəli. Çamurda, palçıqda oynayan uşaqlar indi xalçanın üstündə oynayırlar. O stadionun əvəzinə yaxşı bir obyekt də aça bilərdim. Çox sevinirəm ki, bunu etmişəm.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə iki hakim həbs edildi
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
İlie Datku vəfat edib
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
XƏBƏR LENTİ
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır





