İdman

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

18 Aprel 2024 10:00
Baxış: 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdman gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

Milli.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərin yarışında Nikita Simonov halqalar üzrə proqramı uğurla yerinə yetirərək, həlledici mərhələyə yüksəlib.

Qadınlarda isə dayaqlı tullanma proqramında Nazənin Teymurova finala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışa aprelin 20-də yekun vurulacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.