İdman

Mutu ən uğursuzlar sırasında

14 Aprel 2024 14:50
Baxış: 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının tarixinin ən uğursuz transferləri bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Give me Sport" ən bərbad 10 keçidin siyahısını açıqlayıb.

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu da "onluq"da yer alıb. Rumıniyalının 2003-cü ildə "Çelsi"yə keçidi 9-cu ən bərbad transfer sayılıb.

Ümumiyyətlə, "Çelsi" 4 belə keçid reallaşdırıb. "Mançester Yunayted"in üç transferi bu siyahıya düşüb.

1. Ali Dia ("Sauthempton", 1996)
2. Romelu Lukaku ("Çelsi", 2021)
3. Bebe ("Mançester Yunayted", 2010)
4. Ceydon Sanço ("Mançester Yunayted", 2021)
5. Danni Drinkuoter ("Çelsi", 2017)
6. Antoni ("Mançester Yunayted", 2022)
7. Endi Kerroll ("Liverpul", 2011)
8. Nikola Pepe ("Arsenal", 2019)
9. Adrian Mutu ("Çelsi", 2003)
10. Fernando Torres ("Çelsi", 2011)

Qeyd edək ki, "Milan"dan "Çelsi"yə transferi uğursuz alınan Andrey Şevçenko cədvəldə 11-ci olduğu üçün "onluq"dan kənar qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.