"Bavariya" 10 ildən sonra Münhendə "Borussiya"ya uduzub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu, Almaniya Bundesliqasının 27-ci turuna təsadüf edib.
Oyun Dortmund klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Borussiya" sonuncu dəfə səfərdə 2014-cü il aprelin 12-də "Bavariya"dan güclü olmuşdu. O vaxt Yurgen Kloppun yetirmələri Xosep Qvardiolanın komandasını 3:0 hesabı ilə məğlub etmişdilər.
Dortmundlular Bundesliqada sonuncu dəfə "Bavariya"ya 2018-ci ilin noyabrında qalib gəlmişdilər. "Borussiya" rəqibini 3:2 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, 27 turdan sonra "Bavariya" 60 xalla 2-ci, "Borussiya" isə 53 xalla 4-cü pillədə qərarlaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun