Diş itkisi yalnız estetik problem deyil - Sağlamlıq üçün təhlükədir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Diş itkisi bir çox hallarda estetik problem kimi qəbul edilsə də, bunun ümumi sağlamlığa ciddi təsir göstərdiyi bildirilir.
Milli.Az-ın məlumatına görə, bu barədə həkim Serra Oğuz Ahmet açıqlama verib.
Onun sözlərinə görə, elmi araşdırmalar diş çəkildikdən sonra ilk 6-12 ay ərzində çənə sümüyündə 25-40 faizədək sümük itkisi baş verə biləcəyini göstərir.
Həkim qeyd edib ki, dişlər üzün alt hissəsinin formalaşmasında və çeynəmə sisteminin balansında əsas rol oynayır. Hətta bir dişin itirilməsi belə bu balansı poza, üz əzələlərinin zəifləməsinə və insanın olduğundan daha yaşlı görünməsinə səbəb ola bilər.
Diş itkisinin təsirlərinin üzlə məhdudlaşmadığını deyən həkim, çeynəmə sisteminin çənə oynağı, boyun, çiyinlər və onurğa ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, diş boşluqları çeynəmənin bir tərəfli aparılmasına, çənə oynağında ağrı və kilidlənməyə, baş ağrılarına və duruş pozuntularına yol aça bilər.
Bundan əlavə, diş itkisi çeynəmə funksiyasının azalmasına, qidalanma vərdişlərinin dəyişməsinə və tez yorulma kimi problemlərə də səbəb olur. O bu səbəbdən diş itkisi hallarının vaxtında müalicə edilməsinin vacibliyini qeyd edib.
Müalicə üsulları barədə danışan Serra Oğuz Ahmet bildirib ki, xüsusilə implant dəstəkli protetik müalicələr çənə sümüyünü qoruyur, sümük itkisini ləngidir və üzün təbii formasının saxlanmasına kömək edir. Onun sözlərinə görə, diş itkisi sonrası 1-2 il ərzində müalicə olunmaması gələcəkdə həm sümük itkisini artırır, həm də müalicə imkanlarını məhdudlaşdırır.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
İstanbulda dörd mərtəbəli bina çökdü
-
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
-
Azərbaycan nefti 4 faiz ucuzlaşdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
Təbii qazın qiyməti artdı
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Akif Beybutov vəfat etdi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Selin dağıtdığı körpünün yerində yenisi inşa edildi
-
Hazırda tıxac olan yolların siyahısı
-
Azərbaycanda bu valyuta bahalaşdı - Rəsmi
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?





