İdman

Juninyo “Beşiktaş”a gedir?

16 Mart 2024 11:31
Baxış: 1 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş"ın idman direktoru Samet Aybaba "Qarabağ"ın futbolçusu Olavio Juninyonun oyununu bəyənib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Türkiyənin "Fotomaç" nəşri bu iddia ilə çıxış edib.

Bildirilib ki, Avropa Liqasının 1/8 finalı çərçivəsində "Bayer" - "Qarabağ" (3:2) oyununu izləyən mütəxəssis "sambaçı"nın oyunu bəyəndiyindən onun barəsində müsbət rəy verib. Aybaba hətta qarşılaşmada 1 qol vuran Juninyonun transferini sürətləndirməyi məsləhət görüb.

"Beşiktaş"da bununla bağlı toplantı keçiriləcəyi və mövsümün sonunda 27 yaşlı hücumçunun keçidi üçün işlərə start veriləcəyi bildirilir.

Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.