İdman

Nokautla məğlub olan boksçu üzr istədi

9 Mart 2024 23:20
Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamerunlu döyüşçü Frensis Nqannou britaniyalı boksçu Entoni Coşuaya nokautla məğlub olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bundan sonra o, sosial şəbəkədəki səhifəsində pərəstişkarlarına müraciət edərək onlardan üzr istəyib.

"Bağışlayın uşaqlar, hamınızı məyus etdim. Bu gün rinqdə pis çıxış etdim, amma sabah yenisi olacaq. Sevgi və dəstəyə görə hər kəsə təşəkkür edirəm", - Nqannou yazıb.

Döyüşün ikinci raundunda Coşua rəqibini nokautla məğlub edib. Bundan əvvəl Nqannou iki dəfə yıxılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.