İdman

Qvardiola bu futbolçudan üzr istədi

20 Fevral 2024 17:07
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçu Kalvin Fillipsdən  üzr istəyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb baş məşqçinin 2 il öncə futbolçuya məşq etmək üçün uyğun çəkidə olmadığını deməsidir.

P. Qvardiola jurnalistələrə açıqlamasında yarımmüdafiəçi ilə əvvəlcədən bu barədə danışdığını bildirib: "Mən ondan üzr istəyirəm. Şərh verməzdən əvvəl onunla danışmışam. Burada bir şey deməzdən əvvəl komanda və oyunçularla müzakirələr edirəm".

Qeyd edək ki, Kalvin Filips hazırda "Vest Hem"də icarə əsasında çıxış edir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.