Azərbaycan millisinin məşqçisi dünya çempionatı zamanı qarət olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"2022-ci ildə İtaliyanın paytaxtı Romada böyüklər və gənclər arasında dünya çempionatı keçirilirdi. Mən də həmin heyətlə yarışa yollanmışdım. Tələbəm Ruzanna Məmmədova qızıl medal qazandığı üçün əhvali-ruhiyyəmiz çox yaxşı idi. Bunu qeyd etmək üçün şəhər gəzintisinə çıxdıq".
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin məşqçisi Solmaz Adilova dünya çempionatı zamanı başına gələn maraqlı əhvalat barədə danışarkən deyib.
O, Roma şəhərində çantasının naməlum şəxslər tərəfindən qarət edildiyini bildirib:
"Mən, Ruzanna və başqa bir məşqçi metroya daxil olduq. Üzərimdə şəxsi sənədlərim və idmançıların dopinq analizlərinin kağızları var idi. Bir neçə gün əvvəl yaxın dostumla danışarkən mənə orada oğruların olduğunu demişdi. Mən də Sumqayıtda böyüdüyüm üçün bunu ciddi qəbul etmədim. Fikirləşdim ki, heç kim mənə qarşı bu cür hərəkət edə bilməz. Lakin hər ehtimala qarşı yanımdakı çantanı yoxladım və xarici pasport, maaş, kommunal kartların, şəxsiyyət və sürücülük vəsiqəmin yerində olmadığını gördüm. Mənimlə yanaşı, məşqçinin də sənədlərini götürmüşdülər".
S.Adilova oğurluq hadisəsindən dərhal sonra Azərbaycanın İtaliyadakı səfirliyinə və güləş federasiyasının rəsmilərinə məlumat verdiklərini söyləyib:
"Bütün günümü polis bölməsində keçirdim. İstirahətimiz də boşa getdi. Növbəti gün Azərbaycana qayıtmalıydıq. Gecə hoteldə olarkən bir qadından zəng gəldi və sənədlərimi tapdığını dedi. Lakin pullarım oğurlanmışdı. Sonradan cinayətkarın məhz həmin qadın olduğundan şübhələndim. Çünki mənə mesaj yazdı ki, şikayətini geri götür. Polisə xəbər verdiyimi haradan bilməsi diqqətimi çəkdi. Həm də italiyalı deyildi. Yəqin ki, pullarımı götürdükdən sonra ürəyi dözməyib, sənədlərimi geri qaytarmaq istəyib (gülür). Roma hava limanında hadisəni polislərdən birinə danışdım. Mənə dedi ki, Romada oğrular qarət etdikləri əşyalardan lazım olmayanları yandırırlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Arda Güler cəzalandırıldı
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
XƏBƏR LENTİ
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür





