Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev azerisport.az saytına müsahibəsində millimizin Andorra ilə oyunundan danışıb, eləcə də mövcud problemlərə münasibətini açıqlayıb.
- Yığmamızın Andorra ilə oyununun nəticəsini (0:0) necə xarakterizə edərdiniz?
- Mən, sadəcə, şokdayam. Söz tapa bilmirəm ki, hisslərimi ifadə edə bilim. Yaponiyaya məğlubiyyəti yenə başa düşmək olardı. Amma çempionatı da olmayan bir ölkənin yığmasıyla heç-heçə... Normal klubları da yoxdur. Heç onlarda bizdə olan şərait də yoxdur. Bir-iki futbolçusu xaricdə oynayır. Heç-heçə Andorra üçün qələbəyə bərabər nəticədir. Mən futbolçularımızın necə oynadığını bilmirəm. İndi Andorra futbolçuları da bəyan edə bilərlər ki, futbol oynamağı bacarırlar. Çox təəssüflənirəm ki, belə nəticə qazandıq. Buna görə Berti Foqtsdan hesabat tələb etmək lazımdır. Nə qədər onun boş-boş açıqlamalarını eşitməliyik? İndi deyir, hədəf AÇ-2016-dır, daha sonra AÇ-2020-dən dəm vuracaq.
- Beş il öncə biz onları 2:1 hesabıyla məğlub etmişdik...
- Bəli. İndi isə heç-heçə edirik. Belə çıxır ki, inkişaf yoxdur. Futbolçularımız normal oyun sərgiləyə bilmirlər.
- Siz nə təklif edirsiz?
- Biz bundan sonra da Berti Foqtsu dinləsək, onda belə oyunlar hələ çox olacaq. O, bu nəticələrin səbəbini izah etməlidir. Mətbuat, veteranlar izahat tələb etməlidirlər. Foqts deyir ki, yaxşı oynamışıq. Amma nəticə yoxdur. Andorranı da məğlub edə bilməyən legionerlər bizim nəyimizə lazımdır? Mən Gökdəmirlə Özkaranın oyununu görmüşəm. Onlar yığmamızı gücləndirə biləcək futbolçular deyillər. Əvvəllər yığmamızın heyəti braziliyalılarla dolu idi. İndi də dörd türk futbolçu var. Amma onların heç biri millinin gücünə güc qatmayıb.
- Sizcə, onlar bizə lazım deyillər?
- Səviyyəsinə görə yalnız Özkara fərqlənir. O da bir az. Lakin Andorra ilə oyunun nəticəsi bütün komandanın günahıdır.
- Yığmamızın AÇ-2016-ya vəsiqə qazanacağına inanırsız?
- Mənim fikrimcə, bu, sadəcə, sözdür. Guya Foqts özü buna inanır ki? Ona vaxt öldürmək üçün səbəb lazımdır. Belə oyunla Azərbaycan heç 2028-ci ildə də Avropa çempionatına gedə bilməyəcək. Belə yüksək səviyyəli turnirdə iştirak etmək üçün yeganə şansımız onun təşkilatçısı olmaqdır.
- Seçmə mərhələnin startına 3 ay qalıb. Sizcə, bu müddət ərzində nəyisə dəyişmək olar?
- Yığmamızda oyunu öz üzərinə götürə bilən hücumçu yoxdur. Adətən belə olan hallarda yarımmüdafiəçilər oyuna qoşulurlar. Lakin son oyunlarımız göstərir ki, yığmada anlaşma səviyyəsi də çox aşağıdır.
- Bəs çıxış yolunu nədə görürsüz?
- Foqts mətbuat konfransı keçirməli, komandanın problemlərini açıqlamalıdır. Mənə elə gəlir ki, o, sadəcə yığmanın sükanı arxasında qalmaq istəyir. Onda qoy birdəfəlik etiraf etsin ki, ömürlük burada çalışmaq istəyir. AFFA da, biz də onun bu istəyini başa düşərik. Amma Foqtsun rəhbərliyi altında yığmamız Avropa çempionatına düşməyəcək.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məşhur azərbaycanlı futbolçu millimiz haqda elə sözlər dedi ki...
1 İyun 2012 14:38
0 Şərh
Baxış: 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Telefon qablarından istifadəni dayandırın - Mütəxəssis açıqladı
-
Kondisioner yaşlılarda ölüm riskini azaldır – Yeni araşdırma
-
Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar
-
Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi
-
"Qadınların 60%-i həyatında ən azı 1 dəfə bu problemlə üzləşir" - Uroloq
-
BMT Baş katibi Maduroya zəng vurdu
-
Toyu ilə dünyaya səs salan hindistanlı bu dəfə qonağı ilə gündəm oldu - FOTO
-
PSJ Qitələrarası Kubokun qalibi olub
-
Rusiya və ABŞ rəsmiləri həftəsonu görşə bilər
-
Aysun özünə yeni ev aldı - VİDEO
-
Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - FOTO
-
Süni intellektlə "Şaban"ın çəkiliş meydançasına qaytardılar - təsirli VİDEO
-
Ağdamda kənd sakini minaya düşdü - YENİLƏNİB
-
Günün qoroskopu: Sizi sevindirəcək xəbər ala bilərsiniz
-
Alimlər cəhənnəmi tapdılar - FOTO
-
“Evimdə çörək kəsiblər, amma...” – Rəqsanə məşhurlara səsləndi
-
ABŞ bu gecə müharibəyə başlaya bilər
-
Acun Ilıcalının diqqətdən qaçırdığı detal ona problem yarada bilər
-
Müğənni Güllünün sərvət açıqlandı
-
Uzun ömür yaşamaq istəyirsinizsə, yatın...
-
Partiya sədrinin nəvəsinin ölüm səbəbi bilindi - YENİLƏNİB
-
Azərbaycanlı aktrisanın hamam xalatında FOTOları yayıldı
-
DİN şagirdlərə satılan məhsulu araşdırır
-
Bizi yavaş-yavaş öldürən 3 qida





