İdman

Arda Gülər görüntüləri ilə diqqət çəkdi - Əgər forma geyinmək şansı olsaydı... - FOTOlar

2 Fevral 2024 23:55
Baxış: 1 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya Liqasının 22-ci həftəsində, "Real Madrid" "Xetafe" matçında əvəzedici heyətdə yer alan Arda Gülər meydana çıxa bilməsə də gündəmə gəlib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o, üzərində Türkiyə bayrağı əks olunmuş baldır qoruyucusundan istifadə edib.

İddialara görə, Gülər matça girib qol vura bilsəydi, ehtiyat oyunçular skamyasının arxasında Ardanın "Fənərbaxça" və Türkiyə milli komandasının formaları olan posteri göstəriləcəkdi.

Qeyd edək ki, bu mövsüm ümumilikdə 76 dəqiqə meydanda olan Gülər ​​hələ ki, nə qol, nə də məhsuldar ötürməyə imza ata bilməyib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory