İdman

"Qalatasaray" özünə yeni müdafiəçi tapdı - FOTO

1 Fevral 2024 15:54
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" Saşa Boeyin satılmasından sonra sürətlə sağ cinah müdafiəçisi axtarışlarına başlayıb və özünə yeni oyunçu tapıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Assignon və Senaya kimi bir çox gənc ada üstünlük verən "sarı-qırmızılılar" indi təcrübəli Serj Aurierlə bağlı qərar verib.

Fil Dişi Sahilli futbolçu ölkəsi ilə Afrika Kubokunda mübarizə apararkən "Qalatasaray" transferi final mərhələsinə gətirib.

Məlumata görə, klub rəsmiləri bu məlumatı təsdiqləyib. İstanbul təmsilçisi təcrübəli sağ cinah müdafiəçisi "Nottingem Forrest"lə razılığa gəlib.

Futbolçunun komandası ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Həmçinin bildirilir ki, təcrübəli futbolçunun təmsilçisinin sarı-qırmızılı rəhbərlikdən yarım mövsüm üçün 2 milyon, növbəti mövsüm üçün isə 4 milyon avro tələb etdiyi öyrənilib.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan futbolçu 2017-ci ildə 23 milyon funt-sterlinqə "Tottenhem"ə transferi ilə gündəmə gəlib.

31 yaşlı futbolçusu karyerasına "Lens" klubunda başlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.