İdman

"Atletiko” son dəqiqə qolu ilə qalib gəlib

1 Fevral 2024 09:53
Baxış: 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Primerasının 20-ci turu çərçivəsində "Atletiko" "Rayo Valekano"nu qəbul edib. Madriddəki "Civitas Metropolitano" stadionundakı qarşılaşmada meydan sahibləri üstün olublar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 35-ci dəqiqədə Mandava "Atletiko"nu hesabda irəli çıxarıb. Qonaqlar 43-cü dəqiqədə Qarsianın dəqiq zərbəsi ilə cavab veriblər. Lakin əsas vaxta əlavə olunmuş dəqiqələrdə Depay madridlilərə qələbə qazandırıb - 2:1.

Hazırda La Liqada keçirilən 22 matçdan sonra "Atletiko Madrid" 47 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Rayo Valyekano" isə 24 xal toplayaraq 13-cü pillədədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.