İdman

“Barselona”nın müdafiəçisi əməliyyat olundu

31 Yanvar 2024 15:40
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın sol cinah müdafiəçisi Aleks Balde Finlandiyada uğurlu əməliyyat keçirib. Bir həftə əvvəl "Atletik"lə kubok matçında (2:4) 20 yaşlı futbolçu sağ bud nahiyəsindən ciddi zədə alıb. Futbolçu bu mövsümün qalan hissəsini buna görə buraxmalı olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Balde "Barselona" məzunudur. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 28 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 50 milyon avrodur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.