İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı baş məşqçi üsyan etdi: "Biz axı, niyə Andorrayla oynamalıyıq?”
31 May 2012 16:11
0 Şərh
Baxış: 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi.
- Çoxları Andorra yığmasıyla yoldaşlıq görüşündə millimizdən qələbə gözləsə də, bunu bacarmadılar. Bu nəticə sizin üçün də sürpriz oldu?
- Oyuna baxa bilmədiyim üçün dəqiq nəsə demək olmur. Lakin bir iş var ki, hər bir oyunda nəticə qazanmağımız vacib amillərdəndir. Hər zaman demişəm ki, futbolu inkişaf edən ölkədə hansı turnir olursa-olsun, nəticəyə fikir vermək lazımdır. Nəticə yaxşı olan yerdə imicinin qalxmasıyla bərabər, rəqiblərin də səni tanıyaraq hörmət edirlər. Həmçinin də, səninlə yoldaşlıq görüşündən imtina etməsinlər. Bu, çox böyük amildir. Düzünü deyim ki, yığmamızın dünənki nəticəsi məni çox məyus etdi.
- Bu gün Andorra kimi dünya sonuncusu olan komandanı məğlub edə bilməməyimiz seçmə mərhələdə güclü rəqiblərə qapazaltı olacağımız anlamına gəlmir ki?
- Yoldaşlıq görüşüylə rəsmi oyunlar arasında fərq olur. Mən dünən İspaniya millisinin oyununu seyr etdim. İspanlar 4:1 hesabıyla qalib gəlsələr də, əvvəlki komandadan əsər-əlamət görmədim. Eləcə də, Rusiya - Litva qarşılaşmasını da misal göstərmək olar. Yoldaşlıq görüşündə önəmli cəhət odur ki, taktiki gedişlər olmalıdır. Qarşıda bizi Portuqaliya və Rusiya kimi nəhəng komandalarla oyun gözləyir. Lakin hər şeyə rəğmən mən inanıram ki, yoldaşlıq oyunuyla seçmə mərhələyə fərq qoyurlar. Ancaq əslində biz bunlara fərq qoymamalıyıq. İndiki vəziyyətdə hər bir görüş bizim üçün əsas kimi qəbul olunmalıdır. Biz axı, niyə ortabab millilərlə deyil, Andorrayla oynamalıyıq? Güclü rəqiblərlə oyunda həm səhvlərimiz üzə çıxar, həm də təcrübəmizi artıra bilərik və daha da inkişaf edərik.
- Dünənki qarşılaşmada rəqibin qapısı qarşısında qol vurmaq üçün xeyli imkanımız olsa da, ənənəvi qol vura bilməmək xəstəliyimiz yenə özünü büruzə verdi...
- Gəlin, klublarda çıxış edən hücumçuları nəzərdən keçirək. Görəcəyik ki, əksəriyyəti əcnəbidir. Əlbəttə, "Qarabağ"da çıxış edən Rauf Əliyevi çıxmaq şərtiylə. Yəni, yerli hücumçularımızın çoxu ehtiyatda oturur. Bu amil də milli komandanın beynalxalq arenadakı uğursuz çıxışlarına öz təsirini göstərir. Ona görə də bizim hücum xəttində çatışmazlıqlarımız çox olur. Hər zaman bir şeyin tərəfdarı olmuşam. 1987-ci ildə mən "Neftçi"nin baş məşqçisi işləyəndə Anatoli Bışovest olimpiya yığmasının, Valeri Lobanovski əsas millinin baş məşqçisi idi. Sözümü ona gətirirəm ki, klublarla həmin o yığmaların baş məşqçiləriylə daim əlaqə olurdu. Həm telefonla danışır, həm də ildə 3-4 dəfə onlar arasında görüş keçirilirdi və ancaq yığma haqda danışırdıq. Onlar məndən futbolçular haqda daha dolğun bilgi istəyirdilər. Bu cür olarsa, işləmək asandır. Fikrimcə, millinin məşqçiləri ilə klubların çalışdırıcıları arasında da belə görüşlər olmalıdır.
- Ümümiyyətlə, bu yoldaşlıq görüşlərindən sonra seçmə mərhələdə Azərbaycan yığmasından uğurlu çıxış gözləməyə dəyərmi?
- Yenə də inanmaq istərdim ki, futbolçular özlərinə gəlib seçmə mərhələdə mübariz bir oyun nümayiş etdirəcək.
- Əgər məqsədimiz 2016-cı ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqdırsa, millidəki əcnəbiləri yerlilərlə əvəzlənməyin vaxtı deyilmi?
- Biz bu məqsədə çatmaq üçün indidən hazırlaşmalıyıq. Nəyin hesabına? Əlbəttə, həmin o gənc və perspektivli futbolçuların millidə püxtələşməsi sayəsində. Həmçinin U-19 və U-21 milli komandalarla əlaqə yüksək səviyyədə olmalıdır. Bu hər iki yığma birinci milliylə bir proqrama uyğun hazırlaşmalıdırlar.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Karles Puyola vəzifə verildi
-
"Real" Tçuameni ilə bağlı qərarını verdi
-
Super Liqada ulduzları geridə qoydu: zirvədəki ad təəccübləndirdi - (Foto)
-
Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtiha etdi
-
Kvaratsxeliya "ilin adamı" seçildi
-
Məhəmməd Musayev Özbəkistanda bürünc medal qazandı - (Foto)
XƏBƏR LENTİ
-
Hava ilə bağlı son məlumat
-
Ağdam yeni inkişaf mərhələsindədir - Kamaləddin Qafarov
-
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - (Foto)
-
Seda Sayan: “Bacımın ərinin xəyanət etdiyi qadını tapıb evə gətirdim"
-
Azərbaycan nefti bahalaşdı
-
“Atlant”ın rəhbəri vəfat etdi
-
Fransada antisemitizm təhlükəsi böyüyür - Yəhudilər ölkədən köçməyə hazırlaşır
-
Karles Puyola vəzifə verildi
-
Trampı “Qiyamət günü” təyyarəsi müşayiət edib
-
Bakı–Balakən qatarının hərəkəti bərpa edilir
-
Məşhur türk serialı final edir - Tarix açıqlandı
-
Göyçayda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var
-
"Real" Tçuameni ilə bağlı qərarını verdi
-
İlk müsəlman senator: "Vəzifəmin icrasına Qurani-Kərimə and içərək başlayacağam"
-
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - (Foto)
-
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir - (Foto)
-
Elgiz: “Ağzım açılsa, pis olacaq, 16 min pul alırsınız”
-
Paytaxtın 9 küçəsində tıxac var
-
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib - (Foto)
-
Papaq taxıb həbsxanadan piyada çıxdı: məhkum hər yerdə axtarılır
-
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - (Foto)
-
Tarixin ilk veb-kamerası: Kembricdə qəhvə dəmliyinə görə quraşdırılan sistem
-
Bakıda dayandırılan tikinti yenidən aparılır? - (Video)
-
Sobada xırtıldayan kartofun sirri: yağ yerinə yumurta ağı