İdman

Güləşçimiz son gündə qızıl medal qazandı

15 Yanvar 2024 00:24
Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turniri başa çatıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, son gündə Azərbaycanın 6 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb.

Axırıncı gündə Ülvü Qənizadə (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ardıcıl 4 rəqibinə qalib gələrək, qızıl medal qazanıb.

Digər güləşçilərimiz Nihat Məmmədli (60 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) uğursuz çıxış ediblər.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin qadın güləşçi Alyona Kolesnik (59 kq) bürünc mükafata yiyələniblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.