İdman

“Neftçi”də adından söz etdirən istedada “diaqnoz” qoydu

11 Yanvar 2024 21:38
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəli, bacarıqlı qapıçıdır, amma bu, o demək deyil ki, Rza artıq böyük işlər görüb".

Milli.Az xəbər verir ki, Miodraq Bojoviçin gəlişindən sonra "Neftçi"də qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirən Emil Balayev sportinfo.az-a açıqlamasında Rza Cəfərov barədə danışıb.

20 yaşlı qapıçısını cari mövsümün kəşfi adlandırmaq olar. Çempionatın gedişində İvan Brkiçin zədələnməsi ilə əsas heyətdə görünən gənc qolkiper özünü yaxşı tərəfdən göstərməyi bacarmaqdadır.

Premyer Liqada 7 oyunda 610 dəqiqə şans qazanan Cəfərov 3 matçda qapısında qol görməyib. Ümumilikdə buraxdığı top sayı 6-ya bərabərdir.

15 ildir qapıçılara məşq keçən Babayev indiki məqamda Rzanı dağ başına qoymağın doğru olmadığını düşünür:

"Bu uşağı itirməmək üçün hər birimiz diqqətli olmalıyıq. Qapıçı mövqeyi elədir ki, gənc yaşda daha çox şans qazananda, tərifləyəndə, onu itirmək şansı çoxalır.

Bir-iki səhvlə karyerası başa çatır. Rzanın böyük potensialı var, amma inanın, hələ çox "artırmalıdır".

Az danışıb çox işləsək, daha çox inkişaf edəcək. İstədiyimiz səviyyəyə çatması üçün yükün 30 faizi bizim üzərimizə düşürsə, 70 faizi özündən asılıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.