İdman

Daha bir qalmaqal: Anası vəfat etdikdən sonra doğulub?

10 Yanvar 2024 13:59
Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika futbolunda daha bir lipa qalmaqalı yaşanır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Qabon millisinin oyunçusu və "Srvena Zvezda"nın futbolçusu Qelor Kanqanın anasının 1986-cı ildə vəfat etdiyi üzə çıxıb. Qəribə məqam isə onun şəxsiyyət vəsiqəsində doğum tarixinin 1990-cı il göstərilməsidir. Bu o deməkdir ki, Qelor anasının ölümündən 4 il sonra dünyaya gəlib.

Bu səbəbdən Afrika Millətlər Kubokundan əvvəl Kanqa işi ilə bağlı qitə üzrə futbol assosiasiyasının (CAF) nizam-intizam komitəsinin təcili iclası çağırılıb.

Hər şey Kanqanın Qabonda deyil, Konqoda doğulduğunu düşünən Demokratik Konqo Futbol Federasiyasının araşdırması ilə başlayıb. Araşdırmaların ilkin nəticəsinə görə, Qelor 1990-cı ildə deyil, bundan 5 il əvvəl anadan olub. Onun əsl adı Kiaku-Kiaku Kianqanadır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.