"Real Madrid" rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappenin Los Blankos düşərgəsinə transferini həyata keçirmək üçün yeni plan hazırlayıb.
Milli.Az metbuat.az-a istinadla bildirir ki, hazırlanmış strategiyanın təfərrüatları açıqlanmasa da, Madrid komandasının tezliklə planın bəndlərini həyata keçirməyə başlayacağı qeyd olunur.
Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 22 matçda iştirak edib, burada 21 qol vurub və 2 məhsuldar ötürmə verib. Oktyabrın sonunda Mbappe "Qızıl top" üçün səsvermədə müvafiq olaraq ingilis "Mançester Siti"dən Erlinq Haalada və "İnter Mayami"dən Lionel Messiyə uduzaraq üçüncü olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun