İdman

Coşqun oynadı, komandası heç-heçə etdi

20 Dekabr 2023 21:18
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci Liqasında 16-cı tur oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözügedən komanda səfərdə "Erzurum BB" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Erzurum BB" -  "Ümraniyespor" - 1:1

Qollar: Yıldız, 40 (0:1),  Tozlu, 90+6 (1:1)

Coşqun bu oyunda start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə sarı vərəqə alıb və elə həmin dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Ümraniyespor" 19 xalla 10-cu sıradadır. "Erzurum BB" isə 19 xalla 9-cu pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.