İdman

“Qara brilliant” Ginnesin Rekordlar kitabına düşdü

18 Dekabr 2023 21:47
Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış karateçi Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşüb. 

Milli.Az olay-a istinadla bildirir ki, karatenin "Qara brilliant"ı fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi kitaba əlavə olunub.

Xatırladaq ki, 2006-2016-cı illərdə fərdi  karate (Kumite) üzrə  5 dəfə dünya çempionu olub.

Ağayev karate üzrə -70 kq-da iki (2006 və 2008), iki dəfə -75 (2010 və 2016) və bir açıq çempionluq (2008) qazanıb. O, həmçinin iki gümüş və iki bürünc olmaqla ümumilikdə doqquz dünya çempionatı medalı qazanıb.

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rəfael Ağayev 2015 Avropa Oyunlarında ilk görüşü ukraynalı İlya Nikulinə 3:0 hesabı ilə qalib gəlib. İdmançı ikinci görüşdə türkiyəli Erman Eltemura 3:5 hesabı ilə məğlub olub. Qrupun son görüşündə latviyalı Ruslan Sadıqova 3:1 hesabı ilə qalib gələn Rəfael Ağayev yarımfinala yüksələ bilib. O, yarımfinalda Almaniya idmançısı Noah Bitchini 1:0 hesabı ilə məğlub edərək final görüşünü İtaliya idmançısı Luici Busa ilə keçirib. O, görüşün son saniyələrində fərqlənərək birinci Avropa Oyunlarının çempionu adını qazanıb, qızıl medala sahib olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.