İdman

"Cenoa"nın müdafiəçisi İspaniya nəhənginə keçə bilər

18 Dekabr 2023 14:25
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Cenoa"nın müdafiəçisi Radu Drequşen karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, məlumatı "Sport"un əməkdaşı Alfredo Martines yayıb.

Məlumata görə, 21 yaşlı rumın futbolçunun xidmətində "Barselona" maraqlıdır. Mənbə Drequşinin müqaviləsində göstərilən sərbəstqalma məbləğinin 30 milyon avro olduğunu vurğulayıb.

Xatırladaq ki, "Cenoa" ötən mövsüm icarə əsasında formasını geyinən və özünü yaxşı tərəfdən göstərən Radunu bu yay 5,5 milyon avro qarşılığında "Yuventus"dan alıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.