İdman

Bəhlul Mustafazadə pley-offda bu Avropa nəhəngini arzulayır

15 Dekabr 2023 11:48
Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"i məğlub edərək pley-offa yüksəldikləri matçdan (2:1) sonra jurnalistlərə açıqlama verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, müdafiəçi əvvəlcə oyunun çətin keçdiyini deyib:

"Gərgin oyun oldu. İkinci hissənin çoxunu azlıqda keçirdik. Buna baxmayaraq qələbə qazanmaq istəyirdik və qazandıq. Qələbə ilə birlikdə pley-offa vəsiqə qazana bildik. Çox böyük sevinc içindəyik. Bunun davamını gətirmək üçün çalışacağıq".

O, pley-offda arzuladığı rəqibi də qeyd edib:

"Arzum, əlbəttə ki, "Milan"la oynamaqdır, amma fərq etməz hansı gələcək. Hamısı güclü rəqiblərdir. Hansı ilə düşsək, maksimum nəticə üçün çalışacağıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.