İdman

Çeferin UEFA nizamnaməsini dəyişir

12 Dekabr 2023 04:20
Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA prezidenti Aleksander Çeferin qurumun nizamnaməsində dəyişiklik etmək istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Çeferin 2031-ci ilə qədər  UEFA prezidenti vəzifəsində qalmaq üçün nizamnaməni dəyişdirməyi planlaşdırır.

Çeferin və onun müttəfiqləri bu planlar üzərində aylarla çalışıb, onları keçən həftəsonu Avropa çempionatının püşkatma mərasimindən əvvəl icraiyyə komitəsinin iclasında rəsmən təklif ediblər.

Hələ ictimaiyyətə açıqlanmayan təklif olunan düzəlişlər gələn ilin fevral ayında Parisdə keçiriləcək UEFA Konqresində səsverməyə çıxarılacaq. 

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA prezidentidir. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.