İdman

PSJ-nin 12.5 faizi 4 milyarda satıldı

9 Dekabr 2023 04:30
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin səhmlərinin 12.5 faizi ABŞ-ın "Arctos Partnes" şirkətinə satılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözügedən şirkət bunun üçün 4.25 milyard avro ödəyib. "Arctos Partners"in klubun idarəçiliyində rolu olmayacağı bildirilib.

Paris təmsilçisi bu gəlirlə stadion və məşq meydançalarının yenilənməsinə yatırım edəcək. Klubun bununla bağlı yaydığı açıqlamada qeyd olunub: "Biz yeni bazarlara genişlənməyə davam etmək, müxtəlif coğrafiyalardan olan azarkeşləri cəlb etmək və bütün dünyada idman investisiya imkanlarını araşdırmaq üçün "Arctos Partners" ilə əməkdaşlıq edirik"

PSJ-nin prezidenti Nasser Al-Xelaifi isə bu müqavilənin klubun davamlı uğuruna və böyüməsinə böyük töhfə verəcəyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.