İdman

İkardinin arvadı ağladı :"gücüm qalmayıb" - FOTO

8 Dekabr 2023 00:45
Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Wanda Nara diqqətçəkən açıqlamalar verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin həyat yoldaşı Wanda Nara İtaliya televiziyasında ailəsi və sağlamlığı haqda danışıb.

Nara göz yaşlarına hakim ola bilməyib.

"Hər bir xoreoqrafiyanı ifa etmək üçün tələb olunan məşq çox yorucudur. Həqiqətən də gücüm qalmayıb. Məşqləri bitirəndə yoruluram. Məşqlər saatlarla davam edir. Mən rəqs edirəmsə, bu, yaxşı olduğumu göstərmək üçündür. Müsabiqə üçün həkimlərin icazəsini aldım. Həqiqət budur ki, mən yaxşıyam, amma xəstəliyimə görə bir az yorğunam".

Qeyd edək ki, Vanda Nara ailəsindən ayrı qalmaqda çətinlik çəkdiyini də dilə gətirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.