Uruqvaylı ulduz futbolçu Luis Suaresin "İnter Mayami"yə transfer olunacağı gözlənilir.
Milli.Az APA-ya istinadən bildirir ki, bir müddət Messi ilə "Barselona"da oynayan Suaresin yenidən argentinalı ulduzla eyni formanı geyinəcək.
Brazilyanın "Qremio" klubu ilə müqaviləsinin başa çatacağı bildirilən uruqvaylı futbolçunun MLS-də çıxış edəcəyi deyilir.
Luis Suaresin komandaya qatılması ilə daha əvvəl "Barselona"da çıxış etmiş 4 ulduz futbolçu da yenidən bir araya gələcək.
"Barselona" ilə son Çempionlar Liqasını qazanan heyətdə yer alan Serxio Busquets, Jordi Alba və Lionel Messi hazırda "İnter Mayami"də çıxış edir.
2023-cü ildə "Qremio"nun heyətində 52 rəsmi oyuna çıxan Luis Suares 24 qol vurub, 17 məhsuldar ötürmə edib.
Milli.Az