İdman

"Bavariya"nın bugünkü oyunu təxirə salındı

2 Dekabr 2023 17:14
Baxış: 2 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya" və "Union" (Berlin) komandaları arasında bu gün keçirilməsi planlaşdırılan Almaniya Bundesliqasının XIII tur oyunu təxirə salınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, buna Münhen şəhərindəki hava şəraiti səbəb olub.

Matç güclü qarın yağması səbəbindən ertələnib. Qarşılaşmanın hansı tarixdə gerçəkləşəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:30-da başlanmalı idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.