İdman

Qapıçıya qartopu atdılar, matç dayandırıldı - VİDEO - FOTO

1 Dekabr 2023 14:38
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda baş tutan "Helsinki" (Finlandiya) - "Aberdin" (Şotlandiya) matçında maraqlı anlar yaşanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qonaqların azarkeşləri matçın gedişində rəqib qapıçıya qartopu atmağa başlayıb.

Nəticədə "Helsinki"nin qapıçısı Niki Myenpya hakimə şikayət edib. Referi matçı yarımçıq saxlayıb və şotlandlara bildirib ki, azarkeşlər qartopu atmağı dayandırmayana qədər oyun davam etdirilməyəcək.

Daha sonra isə fanatlar Nikiyə qartopu atmağı dayandırıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.