İdman

Modriç rekorda imza atdı

27 Noyabr 2023 11:13
Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın futbolçusu Luka Modriç yeni rekorda imza atıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Xorvatiyalı 35 yaşdan sonra paytaxt təmsilçisinin heyətində 161-ci qarşılaşmasını keçirib. O, bu göstəriciyə görə 1986-1997-ci illərdə "Kral klubu"nun formasını geyinmiş Fransisko Buyonu (160 oyun) geridə qoyub.

238 yaşlı yarımmüdafiəçi buna "Kadis"ə 3:0 hesabı ilə qalib gəldikləri La Liqanın 14-cü turunun matçında iştirak etməklə nail olub.

Qeyd edək ki, Luka Modriç cari mövsüm bütün turnirlərdə 16 görüşdə meydanda olub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real"la hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.