İdman

Onu dayandırmaq olmur: Tarixə düşmək üçün 4 qol qaldı

27 Noyabr 2023 12:08
Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko" La Liqanın son turu çərçivəsində doğma meydanda "Malyorka"nı məğlub edib - 1:0.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Madrid klubunun yeganə qolunu 63-cü dəqiqədə Antuan Qrizman vurub. Bu, fransız hücumçunun "hindularr"ın heyətində 170-ci qolu olub. Bunun sayəsində o, Adrian Eskuderonu (1945 - 1958) ötərək klubun bombardiri siyahısında ikinci yerə yüksəlib.

Birinci yerdə İspaniya millisinin keçmiş məşqçisi Luis Araqones (1964 - 1974) qərarlaşıb - 173 qol.

Qrizmann hazırkı mövsümdə La Liqada ən çox qol vuran oyunçulardan biridir. Onun 13 matçda 9 qolu var ki, bu da birinci pillədə qərarlaşan "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemdan iki top azdır.

La Liqanın 13 turundan sonra "Atletiko"nun 31 xalı var. Madridlilər üçüncü sırada qərarlaşıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.