İdman

“Napoli” yeni baş məşqçisini açıqladı

14 Noyabr 2023 23:48
Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanının "Napoli" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, son ölkə çempionunu Valter Madzarri çalışdıracaq.  

Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.  

"Napoli" bu gün baş məşqçi Rudi Qarsiya ilə yollarını ayırıb.

Qeyd edək ki, Valter Madzarri son olaraq "Kalyari"ni çalışdırıb. İtaliyalı mütəxəssis 2009-2013-cü illərdə "Napoli"nin baş məşqçisi olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.