İdman

"Qarabağ"a daha 1-2 qol vura bilərdik" - "Bayer"in kapitanı

27 Oktyabr 2023 14:50
Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayer"in kapitanı Robert Andrix Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qalib gəldikləri matç haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra verdiyi açıqlamada qeyd edib ki, daha 1-2 qol imkanları olsa da, bundan yararlana bilməyiblər: 

"Əyləncəli oldu. Sadə və anlaşılan şəkildə oynadığımız zaman şanslarımız olurdu. 5:1 hesabı qulağa yaxşı gəlir. Düzdür, istədiyimiz üç xalı qazandıq, amma daha bir-iki qol vura bilərdik. Hamı bizim büdrəyəcəyimizi gözləyir. Təhlükəli olan da budur. Biz güclü tərəfimizi bilirik. Onu da bilirik ki, bunlar təsadüfi deyil. Məşqçi heyəti və komandanın birgə əməyi sayəsində bu yerə gəlmişik".

Xatırladaq ki, "Qarabağ" və "Bayer" arasındakı ikinci matç noyabrın 9-da Bakıda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.